09:39 18-02-2011
news_image
1463
STOLÜSTÜ OYUNLAR

Azərbaycan çempionundan gözlənilməz nəticə

Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə “Aeroflot Open” turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın B divizionunun qaliblərinin adlarından sonra A divizionunun da ən güclüləri müəyyənləşib.

Turnirdə mübarizə aparan milli komandamızın üzvlərindən ən yaxşı nəticəni Rauf Məmmədov göstərib. 9 oyundan 6 xal toplayan həmyerlimiz “Aeroflot Open”i 9-cu yerdə başa vurub. Son Azərbaycan çempionu Nicat Məmmədovun isə 85 iştirakçı arasında 66-cı olmağa gücü çatıb. O, keçirdiyi görüşlərdə cəmi 3,5 xal toplayıb.

Qeyd edək ki, yarışın qalibi adını 6,5 xalla Le Kuanq Lyem (Veytnam) qazanıb.