10:57 19-02-2011
news_image
1103
DİGƏR NÖVLƏR

Stend atıcılarımız ilə bürünclə başladılar

Kiprdə keçirilən stend atıcılığı üzrə “Qran-pri” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilin ilk yarışında 7 idmançı ilə təmsil olunan Azərbaycan yığması vətənə 2 bürünc medalla qayıdıb.

Hafiz Cəfərovun yetirmələrindən Xanhüseyn Bağırov 107 xal toplayaraq, fəxri kürsünün 3-cü pilləsində yer alıb. Digər medalı isə snayperlərimiz komanda hesabında qazanıblar. Olimpiya çempionumuz Zemfira Meftahətdinova, onun qızı Regina Meftahətdinova və Nurlanə Cəfərovadan ibarət yığmamız “Qran-pri” turnirini üçüncü pillədə başa vurub.