09:38 21-02-2011
news_image
1185
DÖYÜŞ NÖVLƏRİ

Yenə Elnur Məmmədli

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalları verən yarışa 10 idmançı ilə qatılan Azərbaycan yığmasının qazancı 1 bürünc medal olub.

Ağayar Axundzadənin yetirmələrindən yalnız Elnur Məmmədli fəxri kürsüdə yer almağı bacarıb. İlk 3 görüşdə isveçrəli Kristof Kelleri, fransalı Alaini Smitt və mərakeşli Safoua Attafı məğlub edən Olimpiya çempionumuzun finala gedən yolunu Murad Xabaçirov (Rusiya) kəsib. Nəticədə yarımfinalda uduzan Məmmədli bürünc medal və 80 lisenziya xalına sahib olub. Onunla yanaşı, Qran-pri turnirini 5-ci yerdə başa vuran Tərlan Kərimov (66 kq), Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) aktivlərinə 40 xal əlavə ediblər.

Qeyd edək ki, yığmamız 68 ölkənin cüdoçularının mübarizə apardığı turnirdə komanda hesabında 21-ci yeri tutub.