14:46 25-02-2011
news_image
1131
DÖYÜŞ NÖVLƏRİ

Gürcüstan yığması Bakıda hazırlığa başladı

Boks üzrə Gürcüstan milli komandası bu gün Bakıya gələrək yığmamızla birgə təlim-məşq toplanışına başlayıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, qonşu ölkənin nümayəndələrinin paytaxtımıza gəlməsinin səbəbi “Böyük İpək Yolu” yarışına hazırlaşmaqdır.

Bu mötəbər yarış martın 9-dan 13-ə kimi Bakıda təşkil olunacaq. Gürcüstan komandası turnir başa çatana kimi şəhərimizdə qalacaq.

Qeyd edək ki, hazırda Gürcüstanın gənclərdən ibarət milli komandası da Bakıda təlim-məşq toplanışındadır. Ancaq əsas yığmadan fərqli olaraq, gənclər martın 8-də toplanışı başa vuraraq, Gürcüstana qayıdacaqlar.