09:59 28-02-2011
news_image
1557
DÖYÜŞ NÖVLƏRİ

Növbəti fiasko

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Dünya kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda yığma komandanın məşqçisi Hacıağa Hacıəhmədov və məşqçi Tərlan Həsənovun rəhbərliyi altında 11 idmançı ilə təmsil olunan Azərbaycan yığması fiaskoya uğrayıb. Milli komandamızın heyətində heç bir cüdoçu fəxri kürsüdə yer almayıb.

İdmançılarımızdan isə ən yaxşı nəticəni Rinat Mirzəliyev (73 kq) qazanıb. Bürünc medal uğrunda döyüşdə uduzan həmyerlimiz 5-ci olmağı bacarıb. O, bununla da aktivinə 20 lisenziya xalı yazdırıb.