11:35 28-02-2011
news_image
1201
DİGƏR NÖVLƏR

Lisenziya qazanmağa yollandılar

Sabah İtaliyanın Breşiya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə 7 gün davam edəcək yarışda Azərbaycan yığması 6 snayperlə təmsil olunacaq.

Milli komandamızın heyətində hədəf önünə İradə Aşumova, Nigar Bağırova, Cəmilə Süleymanova, Rəsul Məmmədov, Mehriban Məcidova və Ruslan Lunyov çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionu adını qazanacaq idmançı həmçinin London Olimpiadasına lisenziyaya sahib olacaq.