12:00 28-02-2011
news_image
1005
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçular İrandan 6 medalla qayıdırlar

İranın Urmiya şəhərində keçirilən taekvondo üzrə “Fəcr” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 13 idmançı ilə mübarizə aparan Azərbaycan yığması vətənə 1 gümüş və 5 bürünc medalla qayıdıb.

Milli komandamızın üzvlərindən yalnız finalda uduzan Rövşən Məmmədov (63 kq) fəxri kürsünün II pilləsinə yüksəlib. Samir Cavadlı (58 kq), Ziya Qasımov (63 kq), Namaz Heydərov (74 kq), Bayraməli Vəliyev (80 kq) və Ceyhun Həsənli (87 kq) isə III pillədə qərarlaşıblar.

Qeyd edək ki, 12 ölkənin yığmasının iştirak etdiyi “Fəcr” turnirində Ələkbər İmaməliyevin yetirmələri komanda hesabında 3-cü yeri tutublar. Onları İran və Əfqanıstan taekvondoçuları qabaqlayıblar.