16:07 28-02-2011
news_image
1647
DÖYÜŞ NÖVLƏRİ

“Neftçi” “Rabitə”ni qabaqladı

Hövsan Olimpiya İdman Kompleksində boks üzrə yeniyetmələr arasında respublika birinciliyinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 13 çəki dərəcəsində 233 idmançı qələbə uğrunda mübarizə aparıb.

Turnirdə Dünya və Avropa birinciliklərinin mükafatçıları da iştirak edib. 5 gün davam edən yarışda Elmir Şəfizadə (46 kq, Neftçala), Məsud Yusifzadə (48 kq, “Rabitə”), Orxan Əliyev (50 kq, “Rabitə”), Tərlan Əbdülov (52 kq, “Neftçi”), Peyman Yusifli (54 kq, Lənkəran), Nurlan Nağıyev (57 kq, “Rabitə”), Səbuhi Abbaszadə (60 kq, Gəncə), Əli Həsənov (63 kq, “Neftçi”), Nəbi Bağırov (66 kq, “Təhsil”), Orxan Mailli (70 kq, “Neftçi”), Rahil Məmmədli (75 kq, “Neftçi”), Seypuddin Məmmədli (80 kq, DİN İC) və Sadiq Səmədov (80+kq, “Neftçi”) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komanda hesabında “Neftçi” İdman Sağlamlıq Mərkəzi birinci yeri tutub. “Rabitə” 2-ci, “Təhsil” İdman Mərkəzi isə 3-cü nəticə göstərib.

Qeyd edək ki, yarışın nəticələrinə əsasən, milli komandanın heyəti formalaşdırılacaq və yığmamız Qazaxıstanın Astana şəhərində keçiriləcək Dünya birinciliyində mübarizə aparacaq.