14:04 03-03-2011
news_image
1234
DİGƏR NÖVLƏR

“Azərbaycanda bədii gimnastikanın gələcəyi Olimpiya Oyunlarında ilk “üçlüy”ə daxil olmaqdır”

“Azərbaycanda bədii gimnastikaya böyük diqqət ayrılır”. Apasport.az saytının məlumatına görə, bu sözləri bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner deyib.

O bildirib ki, əvvəllər adı autsayderlər sırasında səslənən Azərbaycan yığması indi çox güclü komandalardan birinə çevrilib: “7-8 il əvvəl bu komanda autsayder idi. İndi isə onlar 3 dəfə dünya çempionatının bürünc medalını qazanıblar. Şəxsi yarışlarla bərabər, qrup hərəkətlərində Olimpiya Oyunlarında iştirak ediblər. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva həqiqətən də çalışır ki, idmançıların problemi olmasın. Azərbaycanda bədii gimnastikanın gələcəyi Olimpiya Oyunlarında ilk “üçlüy”ə daxil olmaqdır. Aliyə Qarayeva öz üzərində çox yaxşı işləyir. O, perspektivlidir. Qrup hərəkətləri üzrə yığma komandaları da çox müvəffəqiyyətlə çıxış edir. Qızlar yüksəlişdədir. Bunu öz məktubunda Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi də qeyd edib. O, Azərbaycan komandasını tərifləyib”.

Vinerin sözlərinə görə, Azərbaycan yığmasında hansısa çatışmazlıq yoxdur: “Mən deməzdim ki, bu komandanın zəif cəhətləri var. Lakin gələcək üçün onun ehtiyat qüvvəsini görməyi çox istərdim. Çünki Anna Qurbanova və Aliyə Qarayeva artıq böyüyüblər. Bəs onları kim əvəz edəcək? Bəli, artıq komandada perspektivli Samirə Mustafayeva var. Zeynəb Zavadlı yenidən sıraya qayıdıb. Lakin 1995-ci il təvəllüdlü qızları da görmək istərdim. Çünki onlar gələcəkdə indi heyəti əvəz edəcəklər”.