13:01 07-03-2011
news_image
1345
DİGƏR NÖVLƏR

Atları yəhərləyin!

Martın 10-12-də Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı “Novruz cup” adlı Dünya kubokunun təsnifat mərhələsinin yarışları təşkil olunacaq. Atçılıq Federasiyasından apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan, Rusiya, Gürcüstan, Bolqarıstan və Monqolustan çaparları iştirak edəcəklər.

Yarışın ümumi mükafat fondu 69 min avro təşkil edir. Yarışlara hər gün saat 15:00-da start veriləcək. 3 gün davam edəcək turnirin ilk günü açılış yarışı, ikinci gün vaxta qarşı yarış, sonuncu gün isə Grand Prix-Final yarışları təşkil olunacaq.

Yarışların nəticələrinə uyğun olaraq, idmançıların topladığı xallar onların 2012-ci il Londonda təşkil olunacaq Olimpiya Oyunlarına vəsiqə əldə etməyinə böyük təsir göstərəcək.

Qeyd edək ki, turnirdə Türkiyə və İran dəvət olunmuş ədalət təmsilçiləri hakimlik edəcəkdir.