14:34 07-03-2011
news_image
1306
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz 19-cu yeri tutdu

Çilinin Konsepson şəhərində keçirilən stend atıcılığı üzrə Dünya kubokunun mərhələ yarışı davam edir. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli turnirdə 7 snayperlə təmsil olunan Azərbaycan yığmasının 3 üzvü çıxışını yekunlaşdırıb.

Qadınlar arasında skit növündə mübarizə aparan olimpiya çempionumuz Zemfira Meftahəddinova, Regina Meftahəddinova və Nurlana Cəfərova mükafatçılar sırasında yer ala bilməyiblər. Onlar müvafiq olaraq, 19-cu (66 xal), 23-cü (64 xal) və 25-ci (62 xal) yerləri tutublar.

Bu gün isə hədəf önünə Xanhüseyn Bağırov və Emin Cəfərov (hər ikisi) çıxacaqlar. Elçin Babayev və Elvin İsmayılov (hər ikisi trap növündə) isə mübarizəyə sabah qoşulacaq.

Martın 9-da yekunlaşacaq Dünya kubokunun mərhələ yarışında çempion adını qazanacaq idmançı Olimpiadada iştirak hüququna yiyələcək.

Qeyd edək ki, Zemfira, Regina və Nurlanadan ibarət yığmamız şəxsi yarışlarla bərabər, komanda birinciliyində də qüvvəsini sınayacaq.