11:39 09-03-2011
news_image
1103
DİGƏR NÖVLƏR

Yığmamızdan biabırçı nəticə

Çilinin Konsepson şəhərində keçirilən stend atıcılığı üzrə Dünya kubokunun mərhələ yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli turnirdə 7 snayperlə təmsil olunan Azərbaycan yığması lazımı nəticəni qazana bilməyib.

Belə ki, qadın snayperlərimizin ardınca kişi atıcılarımızın da çıxışı uğursuz alınıb. Skit növündə hədəf önünə keçən Emin Cəfərov 22-ci, Xanhüseyn Bağırov 77-ci olub.

Trap növündə 82 idmançı arasında qüvvəsini sınayan Elçin Babayev 76-cı və Elvin İsmayılov isə 81-ci yeri tutublar.

Xatırladaq ki, turniri Zemfira Meftahəddinova 19-cu, Regina Meftahəddinova 23-cü və Nurlana Cəfərova 25-ci yerdə başa vurmuşdu. Dünya kubokunun mərhələ yarışında isə yalnız çempion adını qazanan idmançılar Olimpiadada iştirak hüququna yiyələniblər.