12:03 09-03-2011
news_image
934
DİGƏR NÖVLƏR

“Arnold Classic”də 3 qızıl medal

ABŞ-ın Ohaya ştatının Kolombus şəhərində keçirilən “Arnold Classic” turniri pouerliftinqçilərimiz üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, milli komandamız yarışdan 3 qızıl medalla qayıdıb.

Rüfət Ağayev (pouerliftinq), Bəxtiyar Quliyev (dedlift) və İbrahim İbrahimov (benç-press) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xatırladaq ki, “Arnold Classic”də bodibildinqçilərimizdən Vüqar Verdiyev (85 kq) də bürünc mükafata sahib olmuşdu.