16:51 09-03-2011
news_image
1384
DİGƏR NÖVLƏR

Ən böyük uduş - FOTO

İngiltərədə bukmeker kontorlarının birində dünyanın ən böyük uduşu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, ən kiçik məbləğlə ən böyük uduş Ekseter şəhərində at yarışmasında baş verib.

Belə ki, 61 yaşlı ingiltərəli mühəndis Stiv Uaytli at yarışına cəmi 2 dollar pul qoyub, proqnoz verib və əvəzində 1,4 milyon dollara sahib olub. O, ardıcıl 5 qalibi düzgün proqnozlaşdırıb.