11:11 10-03-2011
news_image
1344
DÖYÜŞ NÖVLƏRİ

8 qələbə və sensasiya

Bakı İdman Sarayında boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, İran və Gürcüstan komandaları mübarizə aparırlar.

Yarışın ilk günündə rinqə çıxan həmyerlilərimizdən səkkizi qələbə qazanıb. Böyüklərdən ibarət milli komandamızın üzvlərindən Salman Əlizadə (49 kq) və Sadiq Eynullayev (69 kq) növbəti mərhələyə vəsiqə qazanıblar. Uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmov (69 kq) Qazaxıstan nümayəndəsi Süleyman Borbukayevə 6:8 hesabı ilə uduzaraq, turnirdən kənarda qalıb.

Gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngovun (52 kq) bir o qədər də tanınmayan Tural Əhmədova məğlub olması da yarışın sensasiyalarındandır. Rusiya komandasının dünya və Avropa çempionları Andrey Zamkovoy (69 kq) və Yeqor Mexontsev (81 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.

Yarışın ilk günündə qeydə alınan nəticələr:

49 kq
1. Salman Əlizadə (Azərbaycan) - Mardan Berikbayev (Qazaxıstan) - 6:1
2. Erdal İnanlı (Türkiyə) - Ferhat Pehlevan (Türkiyə) - 0:2

52 kq
3. Kənan Hüseynəliyev (Azərbaycan) - Ali Baybosev (Qazaxıstan) - 5:0
4. Tural Əhmədov (Azərbaycan) - Şaban Şahpələngov (Azərbaycan) - 3:0
5. Cavid Çələbiyev (Azərbaycan) - Vladislav Taşkarkov (Rusiya) - 3:6

56 kq
6. Salman İbrahimov (Azərbaycan) - Anar Əliyev (Azərbaycan) 3:6
7. Nihat Seyidov (Azərbaycan) - Vislan Dalxayev (Rusiya) - 1:4

60 kq
8. Qani Caylaulov (Qazaxıstan) - Pərviz Bağırov (Azərbaycan) - 6:3

64 kq
9. Almasbek Alibekov (Qazaxıstan) - Aleksandr Solyankov (Rusiya) - 3:1

69 kq
10. Sadiq Eynullayev (Azərbaycan) – Qoça Baduraşvili (Gürcüstan) - 5:2
11. Emil Məhərrəmov (Azərbaycan) - Süleyman Borbukayev (Qazaxıstan) - 6:8
12. Andrey Zamkovoy (Rusiya) – Tolqa Doğan (Türkiyə) Doğan zədələnərək döyüşü davam etdirə bilməyib
13. Fəqan Hüseynov (Azərbaycan) - Emil Əhmədov (Azərbaycan) - 0:2

75 kq
14. Fərid Ağayev (Azərbaycan) - Dmitri Bivol (Rusiya) - 1:15
15. Rauf Rəhimov (Azərbaycan) - Cavad Zohrehvand (İran) – Zohrehvand rinqə çıxmayıb
16. Yolçu Zeynalov (Azərbaycan) Qamzat Qazəliyev (Rusiya) - 3:8

81 kq
17. Yaqo Kizirya (Gürcüstan) – Mehdi Yaho (İran) – Yaho rinqə çıxmayıb
18. Arman Rispek (Qazaxıstan) - Ramil Əliyev (Azərbaycan) - 0:2
19. Kamran Mehdiyev (Azərbaycan) - Məhəmmədyusif Səidov (Özbəkistan) – 5:5 Qələbə Səidova verilib
20. Yeqor Mexontsev (Rusiya) - Levan Gulidiani (Gürcüstan) - 6:2
21. Rüstəm Tulaqanov (Özbəkistan) - Ömər Aydoğan (Türkiyə) - 6:1

Qeyd edək ki, bu gün yarış saat 14-də başlayacaq.