11:29 10-03-2011
news_image
1105
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires” Qazaxıstana əvəzedicilərlə yollandı

“Baku Fires” boks klubu WSB liqasında növbəti görüşünü keçirmək üçün Qazaxıstana yollanıb. Apasport.az saytının məlumatına görə, komandamız şənbə günü rəqib meydanında “Astana Arlans” klubu ilə qarşılaşacaq.

Məşqçilər korpusu bu dəfə əsas heyətə şans verməyib. Bu da onunla bağlıdır ki, “Baku Fires” martın 19-da qrup mərhələsinin son görüşündə Bakıda “Beijng Dragons”la üz-üzə gələcək. Qazaxıstanda isə komandamızın heyətində yalnız legionerlər rinqə çıxacaq. 54 kq çəki dərəcəsində monqolustanlı Nayambayar Mircan Rəhimcanovla döyüşəcək.

Qeyd edək ki, Monqolustan idmançısı artıq bir dəfə Rəhimcanovu məğlub edib. 61 kq çəki dərəcəsində Koba Pxakadze Yerjan Mussafirovun müqavimətini qırmağa çalışacaq. 91-kq-dan yuxarı çəki dərəcəsində də “Baku Fires”in heyətində gürcüstanlı idmançı rinqə çıxacaq. Beka Lobjanidzenin rəqibi Ruslan Mursatayev olacaq.

54 kq
Nayambayar (Baku Fires) – Mircan Rahimcanov (Astana Arlans)

61 kq
Koba Pxakadze – Yerjan Mussafirov

73 kq
Batırjon Mahmudov – Kanat Slam

85 kq
Denis Poyatsıka – Ramjon Ahmedov

+91 kq
Beka Lobjanidze – Ruslan Mursatayev

Xatırladaq ki, “Baku Fires” 28 xalla qrupun vahid lideridir. “Astana Arlans” 23 xalla qrupda 2-ci yeri tutur.