09:48 11-03-2011
news_image
1508
STOLÜSTÜ OYUNLAR

Milli komandamızın heyəti açıqlandı

Martın 21-də Fransada start götürəcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər yarışında milli komandamız 9 zəka sahibi ilə təmsil olunacaq.

Fransada ölkəmizin idman şərəfini Nicat Məmmədov, Qədir Hüseynov, Rüfət Bağırov, Vasif Durarbəyli, Namiq Quliyev, Kənan İzzət, Nicat Abbasov, Rauf Məmmədov və Eltac Səfərli qoruyacaqlar.

Qeyd edək ki, Avropa çempionatına aprelin 3-də yekun vurulacaq.