18:33 11-03-2011
news_image
1228
DİGƏR NÖVLƏR

Olimpiadaya getmək istəyənlərin nəzərinə

2012-ci ildə keçiriləcək London Olimpiadasının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 27-dən avqustun 12-nə kimi davam edəcək XXX Yay Olimpiya Oyunlarını canlı izləmək istəyənlər martın 15-dən bilet ala biləcəklər.

Azarkeşlər idman yarışlarına baxmaq üçün ən azı 20 funt-sterliqindən, ən çoxu 725 funt-sterliqindən keçməli olacaqlar. Satışa çıxarılacaq 8,8 milyon biletin ən bahalısı isə açılış və bağlanış mərasimi üçün nəzərdə tutulub. Belə ki, rəsmi mərasimlər üçün biletlərin qiymətləri tribunalardan asılı olaraq 20,12 funt-sterliqinlə 2012 funt-sterlinq arasında dəyişəcək. London Olimpiadasının Təşkilat Komitəsi biletlərin cəmi 1 milyonunu Böyük Britaniyadan kənarda satmağı planlaşdırır.

Qeyd edək ki, İngiltərədə biletlərin qeyri-qanuni satışına görə cərimələrin artırılacağı bildirilir. Daxili işlər naziri Tereza Mey elan edib ki, qanunsuz bilet alveri edənlər üçün cərimələr 5 min funt-sterlinqdən 20 min funt-sterliqə qədər artırılacaq.