00:01 12-03-2011
news_image
1893
DİGƏR NÖVLƏR

Çingiz Hüseynzadə, Mikayıl Nərimanoğlu və Kamran Ağayev

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, “Futbol dünyası” qəzetinin baş redaktoru, əməkdar jurnalist Mikayıl Nərimanoğlu mükafatlandırılıb. Apasport.az saytının xəbərinə görə, həmkarımız “OlimpSport” jurnalının ötən ilin yekunları ilə bağlı keçirdiyi sorğusuna əsasən “2010-cu ilin ən yaxşı idman jurnalisti” adına layiq görülüb.

Qeyd edək ki, bir ildən çoxdur işıq üzü görən “OlimSport” jurnalı hər il müxtəlif nominasiyalar üzrə ən yaxşıları seçir və mükafatlandırır. 2010-cu ilin yekunları ilə bağlı sonuncu tədbir “Oazis” restoranında təşkil olunub və müxtəlif nominasiyalar üzrə qalib olmuş şəxslərə və federasiyalara mükafatlar təqdim olunub.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilin ən yaxşı idman xadimi, milli komandanın və “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev ilin ən yaxşı futbolçusu seçilib.