12:42 12-03-2011
news_image
1385
DÖYÜŞ NÖVLƏRİ

Əli İsmayılovu yenə nokauta saldılar

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov növbəti döyüşünə çıxıb. Lent.az-ın məlumatına görə, İsmayılov “İBO-İntercontinental” kəməri uğrunda görüşdə Polşada yerli idmançı Matyuş Masternakla qarşılaşıb. 5-ci raundda sifətindən dərin yara alıb. Nəticədə həkimlər döyüşü saxlamalı olublar. Bununla da Masternak texniki nokautla qalib gəlib.

Qeyd edək ki, Əli İsmayılovun daha öncə kubalı Viktor Ramireslə keçirdiyi döyüşündə də hakimlər nokaut qeydə alıblar. 143-cü saniyədə rinqdən kənara yıxılan İsmayılova məğlubiyyət verilib.