16:12 12-03-2011
news_image
2009
DÖYÜŞ NÖVLƏRİ

Tanınmış türkiyəli pəhləvan Vladimir Putinə “əlcək atdı”

Tanınmış türkiyəli pəhləvan Əhmət Taşçı Rusiyanın baş naziri Vladimir Putinə “əlcək atıb”. Apasport.az saytının məlumatına görə, güləş ustası keçmiş ölkə prezidenti ilə döyüşmək istəyir. Taşçı ənənəvi idman növləri ilə maraqlanan Putinlə güləşmək istədiyini jurnalistlərə bildirərək, qarşı tərəfinin bunu qəbul edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək, Putin cüdo üzrə idman ustasıdır. O, tanınmış dünya və Avropa çempionları ilə tez-tez tatamiyə çıxıb.