14:23 13-03-2011
news_image
1393
DİGƏR NÖVLƏR

Televiziya şərhçisi döyüldü

Rusiyanın “Omsk” televiziya şirkətinin əməkdaşı Gennadi Sulimenko şəhər milis bölməsinə şikayət edib. Apasport.az saytının məlumatına görə, buna hokkey oyunlarının şərhçisi olan jurnalistin döyülməsi səbəb olub. Sulimenko ərizəsində bildirib ki, Qitə Hokkey Liqasının 1/4 final mərhələsinin “Avanqard” – “Metallurq” matçından sonra hücuma məruz qalıb. Onun sözlərinə görə tanımadığı şəxslər onu əməlli-başlı çırpıblar.

Televiziya şirkətindən verilən açıqlamada isə şərhçinin döyülməsinin onun işi ilə əlaqədar olmadığı bildirilir. Guya ki, Sulimenko o qədər müsbət imicə malik olmayan yaşadığı ərazidə döyülüb.