12:11 15-03-2011
news_image
1349
DİGƏR NÖVLƏR

Camal Rəhimov Dünya kubokunun qalibi oldu

“Sərhədçi” Atçılıq Mərkəzində CSI2*-W kateqoriyalı olan və “Novruz kuboku” adı altında keçirilən Dünya kubokunun təsnifat mərhələsi yarışları uğurla başa çatıb. Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edən turnirin sonuncu günü – final mərhələsində Azərbaycan idmançısı Camal Rəhimov “Platin E” ləqəbli atla yarışın qalibi adını qazanıb. Digər idmançımız Seyid Musayev “Nabab de Belou” ləqəbli atla II yeri tutub. Bürünc medal da məhz Musayevə qismət olub. O, bu dəfə “Ursula” ləqəbli atla fərqlənib.

Yarışların nəticələrinə uyğun olaraq idmançıların topladığı xallar 2012-ci il Londonda təşkil olunacaq Olimpiya Oyunlarına və Dünya kubokuna vəsiqə əldə etməyinə böyük təsir göstərir.

Qeyd edək ki, 69 000 avro mükafat fondu olan turnirdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Rusiya və Monqolustan çaparları qüvvələrini sınayıblar.