16:24 16-03-2011
news_image
1422
DİGƏR NÖVLƏR

Vesti.az 2 yaşında

Bu gün “Vesti.az” informasiya agentliyinin iki yaşı tamam olur. “APA Group”a daxil olan “Vesti.az” 16 mart 2009-cu ildə fəaliyyətə başlayıb.

Agentlik ötən iki ildə effektiv internet-portal yaratmağa və internet mətbuatı seqmentində öz yerini tutmağa müvəffəq olub.

“Vesti.az” hələ ilk buraxılışlarından geniş oxucu auditoriyasının diqqətini cəlb edib. Eksklüziv materiallar, reportaj və müsahibələr “Vesti.az”ın populyar internet portallardan birinə çevrilməsinə səbəb olub. Auditoriyada bu resurs barədə operativ xəbər portalı təsəvvürü formalaşıb.

Apasport.az saytının kollektivi həmkarlarını təbrik edir və onlara yeni yaradıcılıq uğurları arzulayır.