15:34 17-03-2011
news_image
1467
DİGƏR NÖVLƏR

“Xəzər Lənkəran” “hərbçilər”lə bacarmadı

Bu gün əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XXIV turunda 1 oyun baş tutub. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada MOİK “Xəzər Lənkəran”ı qonaq edib.

İkinci “altılıq”da yer alan komandaların görüşü “hərbçilər”in qələbəsi ilə yekunlaşıb. Ramin Kərimovun dublu MOİK-ə 3 xal qazandırıb.

Bu matçdan sonra turnir cədvəlində dəyişiklik olmayıb. Xal ehtiyatını 27-yə çatdıran ordu klubu 9-cu pillədə qərarlaşıb. Lənkəran təmsilçisi isə 15 xalla 11-cidir.