15:13 18-03-2011
news_image

“Baku Fires” üçün növbəti 2 rəqib

Martın 21-də WSB boks liqasının növbəti mərhələsinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, Lozannadakı mərasimdə 4 zona üzrə təşkil edilən yarışda qrup mərhələsini 1-ci yerdə başa vuran və ən yaxşı göstəriciyə malik 2-ci yerin sahibinin rəqibi müəyyənləşəcək.

“Baku Fires” sabah baş tutacaq görüşündə Çinin “Beijing Dragons” klubuna qalib gələcəyi halda, növbəti mərhələyə qrup 1-cisi kimi yüksələcək. Qrupumuzda yer alan “Astana Arlans” isə ən yaxşı nəticəyə malik 2-ci komanda kimi yarımfinala çıxa biləcək. Qaydalara görə, Həmzət Ağayevin yetirmələri pley-off mərhələsində Qazaxıstan təmsilçiləri ilə cütlük təşkil edə bilməzlər. Bunun üçün komandamızın rəqibi üzrə “Los Anceles” (Amerika zonası) və ya “Paris” (Avropa zonası) klublarından biri olacaq.