16:01 18-03-2011
news_image

“Baku Fires”in 2 boksçusu lisenziya uğrunda döyüşəcək

WSB liqasında çıxış edən “Baku Fires” klubunun 2 üzvü London-2012-yə lisenziya qazanmaq üçün keçiriləcək döyüşlərə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, komandamızın heyətində keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran Soltan Migitinov (73 kq) və Məhəmmədrəsul Məcidov (+91) şəxsi görüşlərdə iştirak etmək hüququna yiyələniblər. Onlar bu döyüşlərini komandalar arasında baş tutacaq final görüşündə - mayın 27-də keçirəcəklər.