12:49 19-03-2011
news_image
1136
DİGƏR NÖVLƏR

Milli komandamız İtaliyaya yollanır

Martın 23-27-də bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın Pesaro şəhərində keçiriləcək yarışda ölkəmizin idman şərəfini Aliyə Qarayeva və Anna Qurbanova qoruyacaqlar.

Dünya kubokunda həmçinin böyüklərdən və yeniyetmələrdən ibarət qrup komandaları, eləcə də yeniyetmələr - 13 yaşlı Ləman Dadaşlı və Gülsüm Şəfizadə çıxış edəcəklər.