13:47 19-03-2011
news_image
1342
DİGƏR NÖVLƏR

Gəncə olimpiya oyunlarına hazırlaşır

Gəncədə Novruz bayramına həsr edilmiş məktəblilərin olimpiya oyunları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, orta ümumtəhsil məktəblərini əhatə edəcək olimpiya oyunları 13 idman növü üzrə baş tutacaq. Bu haqda yarışın təşkilatçısı, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Çingiz Piriverdiyev məlumat verib.

20-28 mart tarixlərini əhatə edəcək olimpiya oyunları dairəvi sistem üzrə, idman məktəblərinin daxili birinciliyi, zona yarışları və final mərhələsindən ibarət olacaq. Bayram günlərini əhatə edəcək oyunlar atletika, ağır atletika, basketbol, cüdo, stolüstü tennis, yunan-roma güləşi, futbol, taekvando, üzgüçülük, həndbol, voleybol, sərbəst güləş və boks idman növü üzrə baş tutacaq.

“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Çingiz Piriverdiyevin sözlərinə görə, olimpiya oyunlarını Novruz ərəfəsində keçirilməsində başlıca məqsəd Azərbaycan xalqının mədəni dəyərlərini yeniyetmə və gənc idmançılar arasında təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, oyunlarda həmçinin müvafiq idman növləri üzrə namizəd-ümidverici idmançılar aşkar edərək, onların yığma komandaların tərkibinə cəlb olunması da nəzərdə tutulur.