11:58 22-03-2011
news_image
1454
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires”in yarımfinalda rəqibi müəyyənləşdi

WSB liqasında mübarizə aparan “Baku Fires” boks klubunun yarımfinaldakı rəqibi məlum olub. Apasport.az saytının xəbərinə görə, İsveçrənin Lozzana şəhərində keçirilən püşkatma mərasimində AİBA prezidenti Çinq Ko Vu da iştirak edib.

Yarımfinalda komandamızın rəqibi Fransanın “Paris Yunayted” klubu olacaq. Digər yarımfinalda isə “Astana Arlans”la “Los Angeles Matadors”üz-üzə gələcək. “Baku Fires” ilk görüşünü doğma divarlar arasında keçirəcək. İlk yarımfinal qarşılaşmaları aprelin 8-9-da, cavab görüşləri isə aprelin 15-16-da baş tutacaq.

Final isə mayın 7-də Çinin Quyanq şəhərində təşkil olunacaq. Yarışın qalibi olacaq komandaya 500 000 dollar pul mükafatı veriləcək.