11:18 26-03-2011
news_image
2840
DİGƏR NÖVLƏR

Lənkəranın tarixinə düşən turnir

Lənkəranda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” futzal turnirinin püşkü atılıb. Apasport.az saytının xəbərinə görə, turnir iki zonada, güclülər və həvəskarlar zonasında keçiriləcək.

Güclülər zonasında 8 komanda iki qrupda mübarizə aparacaqsa, həvəskarlar zonasında 39 komanda ümumi liqada, 5 komanda məktəblilər liqasında, 4 komanda səhiyyə işçilərinin liqasında və 5 komanda isə bankirlər liqasında yarışacaqlar.

Bu, ən böyük turnir kimi Lənkəranın tarixinə düşəcək. Turnirin bütün oyunları Lənkəran Olimpiya Mərkəzində keçiriləcək.