13:11 26-03-2011
news_image
1749
DÖYÜŞ NÖVLƏRİ

Rəşad Əhmədov: 10 günə hər şeyə aydınlıq gələcək

“Karyeramı bitirəcəyim tarix hələ tam dəqiq deyil. Bu barədə fikirləşirəm. Sadəcə istəyirəm ki, bir qədər istirahət edim”. Bunu apasport.az saytına açıqlamasında taekvondo üzrə Azərbaycan yığmasının üzvü Rəşad Əhmədov deyib.

Avropa çempionatlarında gümüş, dünya çempionatlarında isə bürünc medal qazanan təcrübəli idmançımız karyerasını bitirə bilər. Əhmədov bildirib ki, bununla bağlı yekun qərarı 10 günə verəcək: “İdmanı hələ buraxmamışam. Sadəcə mən yeni qaydalarla və yeni elektron jiletlərlə döyüşə bilmirəm. Bu mənim üçün çətindir. Hazırda gələcəyim barədə ciddi fikirləşirəm. Bilirəm ki, bir qədər istirahət etdikdən sonra London-2012-yə lisenziya qazanmaq üçün də az vaxt qalacaq. Bunun üçün 10 günə hər şeyə tam aydınlıq gələcək. Çünki məşqçilərim var. Onlarla bir daha məsləhətləşəcəyəm və yekun qərar verəcəyəm”.

Qeyd edək ki, Əhmədov son dəfə 2009-cu ildə dünya çempionatında bürünc medal qazanıb.