17:29 26-03-2011
news_image
1355
DİGƏR NÖVLƏR

Dünya kubokunda uğursuz nəticə

Avstraliyanın Sidney şəhərində keçirilən atıcılıq üzrə Dünya kubokunun mərhələ yarışları davam edir. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakteri daşıyan turnirdə iştirak edən Azərbaycan milli komandası hələ ki medal qazana bilməyib.

Hədəf önünə keçən güllə atıcılarımız – İradə Aşumova və Ruslan Lunyovun çıxışları uğursuz alınıb. Onlar 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında müvafiq olaraq, 44 və 50-ci yerləri tutublar. 25 metr məsafəni nişan almaqda isə Aşumova 11-ci olub.

Stend atıcılarımız da zəif çıxışları ilə yadda qalıblar. Trap növündə hədəfi nişan alan Elçin Babayev 50-ci, Elvin İsmayılov isə 73-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, snayperlərimizdən Ruslan Lunyov martın 28-də bir daha dəqiqliyini yoxlayacaq. O, bu dəfə 25 metr məsafəyə atəşaçmada nəyə qadir olduğunu nümayiş etdirəcək. Dünya kubokuna martın 29-da yekun vurulacaq.