10:40 28-03-2011
news_image
852
DİGƏR NÖVLƏR

Gimnastlarımız İtaliyadan 1 gümüş və 2 bürünc medalla qayıdırlar

İtaliyanın Pesaro şəhərində keçirilən bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan yığması üçün uğurlu alınıb.

Belə ki, gimnastlarımızdan Aliyə Qarayeva Dünya kubokunu 2 bürünc medalla başa vurub. O, həlqə (27,300) və topla (27,650) hərəkətlərin yekununda fəxri kürsünün III pilləsinə qalxıb. Qarayeva ilə yanaşı, yeniyetmələrdən ibarət qrup komandamız da Pesaronu medalla tərk edib. Yığmamız 5 iplə hərəkətlərdə gümüş medala layiq görülüb.