11:55 28-03-2011
news_image
1114
DÖYÜŞ NÖVLƏRİ

“Rabitəçi” Qazaxıstana yollandı

Martın 30-da Qazaxıstanda boks üzrə beynəlxalq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi “Rabitəçi” klubu təmsil edəcək.

Turnirdə Ceyhun Abıyevin rəhbərliyi altında İlkin Quliyev, Salman İbrahimov (hər ikisi 56 kq), Rai Səidi (60 kq), Saqi Salehli (69 kq) və Rəvan Əliyev (75 kq) qüvvələrini sınayacaqlar. Aprelin 4-də başa çatacaq yarışa 10-a yaxın ölkənin qatılacağı gözlənilir.