13:28 28-03-2011
news_image
1364
DİGƏR NÖVLƏR

(R) “Ford Azərbaycan”dan endirim fürsəti

Ford model sırasında önəmli yerə malik daha bir avtomobil Ford Focus-dur. Hər bir detalına qədər xüsusi incəliklə hazırlanmış avtomobil xarici və daxili dizaynındakı harmoniya ilə bütün baxışları öz üzərində cəmləyir. Ford Azərbaycan bu avtomobilin 1,6 litrlik 100 at gücündə mühərriklə təchiz olunmuş, 4 pilləli avtomat transmissiyaya malik variantını təqdim edir. Öncə Ford Focus-un xarici görünüşü barəsində bir qədər məlumat verək.

Avtomobil Azərbaycan bazarında həm hechback həm də sedan kuzov tipləri ilə təmsil olunur. Bu avtomobil tonlaşdırılmış şüşələrə, qara rəngli qapı tutacaqlarına və moldinqlərə, ön və arxa duman əleyhinə fənərlərə malikdir. Dəri ilə işlənmiş oturacaqlar, ön və arxa qapıların elektrik şüşəqaldıranları, elektriklə tənzimlənən yan güzgülər, hündürlüyə görə tənzimlənən sürücü oturacağı, hidravlik gücləndiriciyə malik sükanın hündürlüyə və dərinliyə görə tənzimlənməsi salona yeni əyləşən sürücüyə Ford Focus-un salonunun malik olduğu komfortu yetərincə hiss etdirir. Avtomobilin salonu həmçinin klimat-kontrol, kruiz-kontrol, kondisioner, 8 ədəd səs paylayıcıdan ibarət audiosistem və soyuducu ilə də təchiz edilmişdir. Avtomobilin təhlükəsizlk sisteminə sürücü və ön sərnişin üçün təhlükəsizlik yastığı, bütün oturacaqlar üçün təhlükəsizlk kəmərləri və mərkəzi kilid daxildir.

Ford Focus həm şəhər daxilində, həm də uzun yollarda təhlükəsiz və rahat idarəetməni təmin edir. Avtomobilin asqı sistemi və amartizatorları idarəetmə zamanı sürücü və sərnişinlərin rahatlığı ilə yanaşı yüksək səs boğuculuğu da təmin edir.

Bu mükəmməl avtomobili bank və sığorta xərcləri daxil olmaqla cəmi 3000 manat ilkin ödəniş etməklə və sərfəli kredit şərtləri ilə Ford Azərbaycan-dan əldə edə bilərsiniz. Bundan başqa nəğd və kredit yolu ilə satılan hər bir avtomobilə 1500 manat endirim olunur. Artıq Ford Focus avtomobilinə sahib olmaq istəyən hər bir kəs 17500 manat deyil cəmi 15990 manat odəməklə bu arzusuna asanlıqla çata buləcəkdir.
Ford Azərbaycan hər satılan Ford avtomobilinə 3 il və ya 100.000 km zəmanət verir.

Ünvan:
Bakı Şəhəri, Xətai pr.36.(Təhsil Nazirli ilə üzbəüz)
Tel: (+99412) 4960110, 4960021