11:24 29-03-2011
news_image
1112
DİGƏR NÖVLƏR

Lisenziya arzusu yenə reallaşmadı

Avstraliyanın Sidney şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya kubokunun mərhələ yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günü hədəf önünə keçən Ruslan Lunyovun 25 metr məsafəyə atəş açmaqda da “gülləsi” lisenziyaya “dəyməyib”.

O, London-2012-yə lisenziya xarakterli yarışda 571 xalla 20-ci yeri tutub.

Xatırladaq ki, daha öncə mübarizəyə qoşulan İradə Aşumova 44-cü (10 m) və 11-ci (25 m) yerdə qərarlaşmışdı. Lunyov 10 metr məsafəyə atəşaçmada isə 50-ci olmuşdu.