12:47 29-03-2011
news_image
1377
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı Dünya Kubokundan kənarlaşdırıldı

Azərbaycan idmançısı Xanhüseyn Bağırov Avstraliyanın Sidney şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışlarında xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, skit növündə mübarizə aparan həmyerlimiz ilk cəhddə 18 xal toplasa da, ikinci atışda tüfəngi xarab olub.

Silahın düzəldilməsi mümkün olmadığından Bağırov Dünya kubokundan kənarlaşdırılıb.

Qeyd edək ki, bu növdə qüvvəsini sınayan Emin Cəfərov, Zemfira Meftəhəddinova, Nurlana Cəfərova və Regina Meftəhəddinova London-2012-yə lisenziya uğrunda çıxışlarını davam etdirirlər. Onların nəticələri sabah müəyyənləşəcək.