09:46 30-03-2011
news_image
1158
STOLÜSTÜ OYUNLAR

Olimpiya çempionu yığmamızda peyda ola bilər

Kişi şahmatçılardan ibarət Ukrayna yığmasının baş məşqçisi Vladimir Tukmakov vəzifəsindən ayrılıb. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, Bakının SOCAR klubunun da kapitanı olan Olimpiya çempionunun istefa ərizəsi artıq qəbul olunub.

Onun postundan getməsi isə ölkəsində birmənalı qarşılanmayıb. Belə ki, həmkarlarımızın yazdıqlarına görə, Tukmakov tezliklə Azərbaycan milli komandasında peyda ola bilər. Çünki yığmamızın kapitan postu bir müddətdir ki boşdur. Onun ötən il şahmatçılarımızın Olimpiadada uğursuz çıxışından sonra vəzifəsindən uzaqlaşdırılan Zurab Azmayparaşvili əvəz edəcəyi isə inandırıcıdır.

Qeyd edək ki, 2004-cü ildən Ukrayna yığmasına başçılıq edən mütəxəssis komandasını həmin il və 2010-cu ildə Olimpiya çempionu etməyi bacarıb.