15:44 30-03-2011
news_image
4048
DİGƏR NÖVLƏR

Ən seksual qadın idmançılar - FOTOSESSİYA

Dünyanın ən seksual qadın idmançılarının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni açıqlanan siyahıda birincilik amerikalı atlet Ami Akuffa nəsib olub. O, 36 yaşı olmasına baxmayaraq, idmançı xanımları qabaqlayıb.

İkinci yerdə onun həmyerlisi Bard Amandadır. 30 yaşlı üzgüçü, həmçinin Olimpiya çempionudur. İlk “üçlüy”ü isə 24 yaşlı serbiyalı tennisçi Ana İvanoviç qapayıb.

Qeyd edək ki, növbəti pillələrdə Taniz Belbin (ABŞ, idman rəqsləri), Marqerita Qranbassi (İtaliya, qılıncoynadan), Mariya Krilenko (Rusiya, tennis), Tatyana Qriqoryeva (Avstraliya, atletika), Danika Patrik (ABŞ, avtoyürüşçü), Saşa Kohen (ABŞ, fiqurlu konkisürmə) və Mariya Şarapova (Rusiya, tennis) növbəti yerləri tutublar.