17:15 30-03-2011
news_image
1406
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuza 2 xal çatmadı

Avstraliyanın Sidney şəhərində keçirilən stend atıcılığı üzrə Dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına lisenziya xarakterli yarışda bu gün daha 3 snayperimiz çıxışını yekunlaşdırıb.

Təəssüf ki, skit növündə hədəf önünə keçən idmançılarımızdan heç biri mükafatçılar sırasında yer ala bilməyiblər. Snayperlərimizdən Olimpiya çempionu Zemfira Meftəhəddinova (23, 24, 22) və Nurlana Cəfərovanın (23, 23, 23) finala yüksəlməsinə isə cəmi 2 xalları çatmayıb. İlk 3 atışdan sonra 69 xal toplayan təmsilçilərimiz 16-17-ci yerləri tutublar. Onlardan 4 xal az toplayan Regina Meftəhəddinova isə 35-ci olub.

Qeyd edək ki, həmyerlilərimizdən sabah Emin Cəfərov da çıxışını yekunlaşdıracaq. O, 3 atışdan sonra 74 (25, 24, 25) xala malikdir.