15:12 31-03-2011
news_image
1048
DİGƏR NÖVLƏR

Son gülləmiz də boşa çıxdı

Avstraliyanın Sidney şəhərində keçirilən stend atıcılığı üzrə Dünya kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakteri daşıyan turnirin son günü də Azərbaycan yığması üçün uğursuz olub.

Belə ki, skit növündə çıxışını yekunlaşdıran Emin Cəfərov son nəticədə 124 xal qazanıb ki, bu da onun finala yüksəlməsi üçün kifayət etməyib. Nəticədə ilk “8-lik”dən 2 xal az toplayan snayperimiz yenidən lisenziya arzusunu reallaşdıra bilməyib.

Xatırladaq ki, Olimpiya çempionu Zemfira Meftəhəddinova və Nurlana Cəfərovanın da həlledici mərhələyə vəsiqə qazanmasına 2 xalları çatmamışdı.