17:49 31-03-2011
news_image
1447
STOLÜSTÜ OYUNLAR

Vişvanatan Anand 5-ci sinif şagirdinə uduzdu

Dünya şahmatında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, planetin ən güclü qrossmeysterlərindən sayılan Vişvanatan Anand 5-ci sinif şagirdinə uduzub.

Bu, Özbəkistan çempionatı ilə Asiya birinciliyinin qalibləri və mükafatçıları seansda baş verib. Dünya çempionu Anandı yenən iki şahmatçıdan biri orta məktəbin 5-ci sinfində oxuyan Timur İqonin olub. O, 26-cı gedişdə qalib gəlib. Anand 20 şagirdə qarşı oynayıb ki, bunlardan 13-ü oğlan, 7-si qız olub. Onlar 7-20 yaşında olub.