09:09 01-04-2011
news_image
1058
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya mükafatçısı intihar etdi - FOTO

Afina Olimpiadasının gümüş mükafatçısı avstriyalı Klaudia Xayl vəfat edib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı cüdoçu özünü Vyanada yaşadığı mənzilin pəncərəsindən ataraq, öldürüb. 6-cı mərtəbədən yerə düşən idmançının həyatının xilas etmək isə mümkün olmayıb. Xaylı intihara məcbur edən səbəb bilinmir.

Avstriya Cüdo Federasiyasının prezidenti Hans Paul Kuçera onun fəal insan olduğunu və bu xəbərdən hər kəsin şoka düşdüyünü deyib.

Qeyd edək ki, Xayl 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, 2005-ci ilin Avropa çempionatının da gümüş mükafatçısıdır. Afina-2004-ün finalçısı karyerasını bitirdikdən sonra isə yeniyetmə idmançıların məşqçisi işləyirdi.