10:18 01-04-2011
news_image
1115
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçılarımız reytinq cədvəlində gerilədi

Beynəlxalq Atıcılıq Federasiyası aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avstraliyanın Sidney şəhərində başa çatan Dünya Kubokunun yekunlarına əsasən açıqlanan siyahıda Azərbaycan yığmasının üzvlərindən bəziləri rəqiblərinin geriləməsi səbəbindən irəliləsələr də, bəziləri mövqelərini itiriblər.

Belə ki, güllə atıcılarımızdan İradə Aşumova 25 metr məsafəyə atəş açmaqda 5 idmançını qabaqlayaraq, 25-ci yerə yüksəlib. Bu məsafədə digər təmsilçimiz Nigar Bağırova çalışdırıcısından fərqli, 4 rəqibini özündən irəli buraxaraq, 121-ci yerə enib. Bu idmançılarımız 10 metr məsafəyə mübarizədə isə reytinq cədvəlində müvafiq olaraq, 40 (-4) və 82-ci (-13) yerləri tuturlar.

London-2012-yə lisenziya qazanmaq şansı yüksək dəyərləndirilən Ruslan Lunyov 25 metr məsafəyə atəş açma yarışlarına qatılan idmançıların siyahısında mövqeyini yaxşılaşdırıb. Son cədvəldə 64-cü olan həmyerlimiz 23 pillə irəliləyib. 10 metr məsafəyə atəş açmada isə Lunyov 41-ci yerdən 46-cı yerə enib.

Stend atıcılarımızdan Emin və Nurlana Cəfərovalar da irəliləyiblər. Skit növündə Azərbaycanı təmsil edən snayperlər müvafiq olaraq, 75 və 2 rəqiblərini qabaqlayıblar. Nəticədə onlar 31-ci və 30-cu pilləyə yüksəliblər.

Olimpiya çempionumuz Zemfira Meftəhəddinova isə 14-cü yeri 17-ci pilləyə dəyişib. Onun qızı Regina da eyni aqibəti yaşayıb. 21 yaşlı atıcı 6 rəqibini özündən qabağa buraxıb.