09:24 02-04-2011
news_image
1142
DİGƏR NÖVLƏR

Milli komandamız beynəlxalq turnirdə

Bu gün Polşada bədii gimnastika üzrə beynəlxalq turnirə start veriləcək. Apasport.az sayının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan yığması 3 gimnastla təmsil olunacaq. Milli komandamızın üzvlərindən Zeynəb Cavadlı, Gülsüm Şəfizadə və Ləman Hacızadə Azərbaycan bayrağını yüksəklərə qaldırmağa çalışacaqlar.