14:04 03-04-2011
news_image
1500
DİGƏR NÖVLƏR

Soyunmuram, əl çəkin

Dünyanın 1 npmrəli raketka ustası Karolin Voznyatski Playboy jurnalına poza verməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, danimarkalı gözəlçə məşhur jurnal üçün erotik şəkillər çəkdirmək təklifinə “yox” deyib. 20 taşlı Karolin əksər həmkarlarından fərqli düşünür: “Mən bütün geyimimi əynimdən çıxarmaq fikrində deyiləm”.

Tennisçinin agenti Con Tobias isə imtinanı daha çox gəncliyi ilə izah edib: “Onun hələ 20 yaşı var. Karolini belə təkliflərə hələki yaxın da buraxmaq fikrimiz yoxdur”.