14:30 04-04-2011
news_image
1139
DİGƏR NÖVLƏR

Sidney-Çanqvon-Bakı reysi

Avstraliyanın Sidney şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokunda çıxışını başa vuran Azərbaycan yığması Koreyaya yollanıb. Apasport.az saytının məlumatına görə, milli komandamız burada London-2012-yə lisenziya xarakterli yarışda iştirak edəcək.

Çanqvon şəhərində baş tutacaq Dünya kubokunun növbəti mərhələ yarışında snayperlərimizdən hədəf önünə İradə Aşumova və Ruslan Lunyov çıxacaqlar.

Qeyd edək ki, yarış 7-15-də keçiriləcək.