08:34 05-04-2011
news_image
1084
DİGƏR NÖVLƏR

Yığmamız Polşada 2 qızıl və 1 bürünc medala sevindi

Polşanın Şetsin şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda 3 gimnastla təmsil olunan Azərbaycan yığması vətənə eyni sayda medalla qayıdıb.

Belə ki, böyüklərin mübarizəsində qüvvəsini sınayan Zeynəb Cavadlı turniri III pillədə başa vurub. Yeniyetmələr arasında müxtəlif yaş qrupları üzrə xalçaya çıxan Ləman Hacızadə və Gülsüm Şəfizadə isə bütün rəqiblərini qabaqlayaraq, çempion adını qazanıblar.