12:26 05-04-2011
news_image

Boksçularımız Qazaxıstanda 2 medal qazandılar

Qazaxıstanda keçirilən beynəlxalq boks turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən “Rabitəçi” klubunun idmançıları Asiyadan 2 medalla qayıdıblar.

Turnirdə Ceyhun Abıyevin rəhbərliyi altında çıxış edən boksçularımızdan İlkin Quliyev (56 kq) və Rəvan Əliyev (75 kq) yarımfinalda uduzaraq, bürünc medala seviniblər.

Xatırladaq ki, “Rabitəçi”nin səfərə 5 idmançı ilə yollanmışdı.